

Xidmətlərimiz

Yaşayış evinizin pəncərəsini dəyişdirmək lazımdırsa yaxud binanın fasadını şüşədən üzləmək istəyirsinizsə, Savalan Glass şirkəti sizin xidmətinizdədir.
Şirkətimiz hər növ şüşə və pəncərə istehsalı və quraşdırılması ilə məşğuldur.
Savalan Glass şirkəti olaraq, biz şüşənin keyfiyyətinə çox böyük diqqət yetiririk və başa düşürük ki,keyfiyyət faktoru müştərilərin bizə olan etibar və inamında öz əksini tapır.
Layihənin həcmindən və mürəkkəbliyindən asılı olmayaraq, individual sifarişlərinizi də, böyük həcmdə olan sifarişlərinizi də Savalan Glass-a etibar edə bilərsiniz!
Şüşə və şüşə məhsullarının emalı
Savalan Glass-da şüşə emalı avadanlıqları bizə şüşənin və şüşə məhsullarının sənaye emalı ilə bağlı geniş əhatəli xidmətlər göstərməyə imkan verir. Məsələn: şüşənin cilalanması, ölçüyə uyğun kəsilməsi, haşiyələrin işlənməsi, dəliklərin burğu ilə deşilməsi və s. xidmətlərimiz İtaliya, İngiltərə, Türkiyə, Çin istehsalı olan avadanlıqlarla həyata keçirilir.
Zavodun avadanlıqları zamanla ayaqlaşır və həmişə yeni texnologiyalarla yenilənir.
Kəsmə zamanı ən sərt mineral olan yüksək keyfiyyətli almazdan və sındırma prosesində gözlə görünməyən çatların və çapaqların qarşısını almaq üçün xüsusi texniki xüsusiyyətləri olan uçucu kəsim yağından istifadə olunur.


Qumlama İşləri
Bizim şirkət şüşə ilə bağlı istehsalın hər bir növü ilə məşğul olur və bu proseslərdən biri də - şüşə üzərində qumlama işidir.
Şüşələrə qum vurma üsulu ilə istənilən şüşə və ya güzgünü unikal və bənzərsiz etmək mümkündür.
SavalanGlass unikal və zövqlü qumlama işləmələri edərək, öz rəqiblərindən fərqlənir və bazarda özünəməxsus yer tutur.
Vitraj şüşələr
İngiltərə istehsalı olan Regaled makinası vasitəsi ilə qabarıq konturun, sonra da rəngli qatın şüşənin üzərinə çəkilməsi vitraj şüşələrini yaradır.
Ən son texnologiyalar, Avropa standartlarına uyğun iş prinsipi və peşəkar mütəxəssislər şirkətimizin ən yüksək səviyyədə Vitraj şüşə və güzgülərin hazırlanmasını ortaya çıxardır.


Rodaj
Şüşə bərk maddə olduğundan kəsilərkən kənarları nahamar şəkildə qalır ki, bu da həm vizual olaraq, həm də də təhlükəsizlik baxımından effektiv olmur. Kəskinliyi aradan qaldırmaq üçün şüşənin kənarına 45° və 90° bucaq altında xüsusi rodaj və polirovka daşları ilə təmas olunur ki, nəticədə tam cilalanmış, müxtəlif formalı, təhlükəsiz səthlər əldə edilir.
Faset
Şüşə kənarlarının 90° bucaq, ön hissəsinin isə müxtəlif bucaq altında və müxtəlif qalınlıqda cilalanması, parıldadılması ilə çərçivə effekti alınır. Faset düzxətli olmaqla yanaşı, əyrixətli şüşələrdə də mümkündür.






